Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü

 Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü
  14 İyul 2022    Oxunub:1147
Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb.
Bu barədə AzVision.az -a Xocavənd Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, iyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti