Braziliyada 20 yaşlı qız pirsinq etdikdən sonra öldü

Braziliyada 20 yaşlı qız pirsinq etdikdən sonra öldü
  15 İyul 2022    Oxunub:2061
Braziliyanın Doradus şəhərində gözəllik salonlarından birində dodağına pirsinq etdirən qızda bir neçə gün sonra sepsis inkişaf edib.
Qızın 49 yaşlı anasının dediyinə görə, prosedurdan sonra dodaq çox şişib, ailə yaraya infeksiya keçdiyinə qərar verib və şişkinliyin gedəcəyi ümidi ilə bir neçə gün gözləmək qərarına gəlib.

Vəziyyəti sürətlə pisləşən qız təcili xəstəxanaya yerləşdirilib, demək olar ki, bir ay xəstəxanada qalıb. Bütün bu müddət ərzində həkimlər qan zəhərlənməsi ilə mübarizə aparmağa çalışıblar. Lakin irin beynin üçdə birinə təsir etdiyi üçün qızın həyatını xilas etməm mümkün olmayıb.


AzVision.az



Teqlər:





Xəbər lenti