Ukraynadan hər ay Misir və Türkiyəyə ayda 100 min ton taxıl aparılır

   Ukraynadan hər ay Misir və Türkiyəyə ayda    100 min ton taxıl aparılır
  16 İyul 2022    Oxunub:993
Rusiyanın nəzarətində olan Ukraynanın Zaporojye vilayətinin ərazisindəki avtomobil yolu ilə hər ay 100 min tona yaxın taxıl ixrac edilir, sonra isə Misir və Türkiyəyə göndərilir. Bu barədə “TASS”a regionun “hərbi-mülki administrasiyası”nın rəhbəri Yevgeni Balitski bildirib.
“Ayda təxminən 100 min ton taxıl avtomobil nəqliyyatı ilə Misir və Türkiyəyə tranzit keçən Çonqar və Kalançak vasitəsilə ixrac olunur”, - deyə Balitski bildirib. O, əlavə edib ki, taxıl dəmir yolu ilə də daşınır və onun vasitəsilə də Krımdan keçməklə Misir, Türkiyə və Yaxın Şərq ölkələrinə aparılır.

AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti