Qız adıyla sosial şəbəkələrdə hədə-qorxu gəldi

Qız adıyla sosial şəbəkələrdə hədə-qorxu gəldi
  18 İyul 2022    Oxunub:1162
Bakıda sosial şəbəkələrdə hədə-qorxu gələn şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti