İdmançımız ermənini çökdürdü

İdmançımız ermənini çökdürdü
  27 Aprel 2014    Oxunub:1331
13 yaşlı idmançı Nurlan Abbasov Gürcüstanda keçirilən kyokushin karate üzrə azyaşlılar arasında yarışda iki erməni döyüşçüsünü məğlub edərək qızıl medal qazanıb.
Məlumata görə, 6 yaşından bu idman növü ilə məşğul olan Nurlan bir çox respublika turnirlərində qalib olub. Erməni idmançını məğlub etməsindən danışan Nurlan deyir ki, o, bu döyüşü qələbə ilə başa vuracağına əmin idi: “Yarış Gürcüstanda oldu. İki erməni, iki gürcünü udmuşam. Özümə inanırdım ki, udacağam ermənini. Məqsəd qoymuşdum ki, Azərbaycana qələbə ilə qayıdacağam. Bilirdim ki, həmişəki kimi qalib olacağam”.

AzVision.az APA-ya istinadən bildirir ki, idmançının məşqçisi Qabil Sayadov deyir ki, Nurlan özündən fiziki cəhətdən xeyli güclü olan idmançı ilə qarşılaşsa da, oyunu qələbə ilə başa vurub: “Eşidəndə ki ikinci rəqibi ermənidir, Nurlana yaxınlaşdım və dedim ki, Nurlan sən ermənini ud, gürcüyə məğlub olsan, mən səni üzrlü sayaram. O da sağ olsun, qalib gəldi. Finala çıxanda isə yenə gürcü ilə qarşılaşdı. Finala çıxdı, baxdım ki, yenə erməni var. Rəqibi Nurlandan ağır və fiziki cəhətdən güclü idi. Nurlan bütün gücünü sərf etdi və yumruq zərbəsi ilə rəqibi çökdürdü”.

Abbasovlar ailəsində daha iki idmançı böyüyür. Nurlanın böyük qardaşı da sözügedən idman növü ilə məşğul olur. Elə qardaşına da rəqib gözü ilə baxan Nurlan deyir ki, o, bundan sonra da yalnız qələbə qazanmaq üçün çalışacaq.


Teqlər:





Xəbər lenti