Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib

   Nabranda istirahət mərkəzində    10 nəfər zəhərlənib
  20 İyul 2022    Oxunub:1075
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
Bu barədə TƏBİB-dən AzVision.az -a bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar: "11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

AzVision.az


Teqlər:





Xəbər lenti