Bakıda hindistanlı turistlər qəzada öldülər

 Bakıda hindistanlı turistlər qəzada öldülər
  25 İyul 2022    Oxunub:1296
Qaradağ rayonunda baş verən yol qəzasında 2 əcnəbi ölüb, 2 nəfər xəsarət alıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti