Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıdıb

Onlardan 6-sı 1 ildən artıq müddətdir ki, Türkiyədə müalicə alıb. Ağır yaralanan qazilərimiz Səmədov Elnur Qalib oğlu və Əhmədov Ceyhun Məlikşah oğlu müalicə məqsədilə Türkiyəyə göndəriliblər.
Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 172 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 149-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
AzVision.az
Teqlər: