Ukraynadan taxılın ilk partiyasının ixracı bu həftə reallaşa bilər - Reuters

   Ukraynadan taxılın ilk partiyasının ixracı bu həftə reallaşa bilər -    Reuters
  27 İyul 2022    Oxunub:1494
Ukrayna taxılının ilk partiyası bir neçə gün ərzində yüklənə bilər. Bundan sonra o, dəniz yolu ilə ixrac olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" Agentliyi adını açıqlanmayan türk rəsmisinə istinadən məlumat yayıb.

"Deyəsən, bu həftə ilk taxıl yüklənəcək və Ukraynadan ixraclar baş tutacaq", - o, qarşıdan gələn reysin detallarının koordinasiyasından danışarkən deyib.

Qeyd edək ki, Ukraynadan taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzi (JCC) bu gün İstanbulda işə başlayıb. Mərkəz iyulun 22-də İstanbulda Türkiyə Milli Müdafiə Universitetinin bazasında imzalanmış dördlük sazişləri əsasında yaradılıb. Burada Türkiyə, Rusiya Federasiyası, Ukrayna Silahlı Qüvvələrinin zabitləri və BMT nümayəndələrindən ibarət 20 nəfər çalışacaq. Mərkəzə Türkiyə Hərbi Dəniz Qüvvələrinin admiralı rəhbərlik edəcək. Ukrayna limanlarından taxıl daşınması marşrutlarında təhlükəsiz naviqasiyaya nəzarət gecə-gündüz həyata keçiriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti