Tramp: “ABŞ Bayden dövründə bir-birinin ardınca alçaldılır”

      Tramp:    “ABŞ Bayden dövründə bir-birinin ardınca alçaldılır”
  27 İyul 2022    Oxunub:1277
Demokratlar Partiyasının hakimiyyəti altında ABŞ bir-birinin ardınca alçaldılır, insanların hüquqları tapdalanır, yanacağın qiyməti və inflyasiya amansızcasına artır, dünyada ölkəyə hörmət, əksinə, sürətlə düşür.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. Keçmiş Amerika lideri qeyd edib ki, onun dövründə ölkədə enerji resursları məsələsi dominantlıq edirdi, benzinin qiyməti və inflyasiya aşağı idi, ABŞ-a dünyada hörmət qoyulurdu.

“Amerika arzusu parça-parça olub. Sosializmin bu iqtisadi siyasəti və sivilizasiyaya hücumu tərsinə çevrilməyincə heç bir ölkə qalmayacaq. ABŞ-ı diz üstə çökdürüblər”, - eks-prezident bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti