Zelenski yenidən Ştaynmayeri Kiyevə dəvət edib

   Zelenski yenidən Ştaynmayeri Kiyevə dəvət edib
  27 İyul 2022    Oxunub:1676
Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib ki, prezident Vladimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri növbəti dəfə Kiyevə dəvət edib.
Bu barədə AzVision.az “Bild” qəzetinə istinadən xəbər verir. “Biz hələ də onun Kiyevə səfərini gözləyirik”, - Melnik müsahibəsində deyib. Qeyd edək ki, polşalı həmkarı Anjey Dudanın təşəbbüsü ilə Ştaynmayer Baltikyanı ölkələrin liderləri ilə birlikdə Kiyevə getmək istəyib. Səfər aprelin 13-nə planlaşdırılıb və Ukrayna ilə ümumavropa həmrəyliyini nümayiş etdirməli idi.

Amma son anda Ukrayna hökuməti Almaniya prezidentinin səfərini arzuolunmaz elan edib. Bundan əvvəl “Spiegel” jurnalı Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığının az qala qalmaqalla bitdiyini yazıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti