Moldovada ciddi su problemi yaranıb

Moldovada ciddi su problemi yaranıb
  27 İyul 2022    Oxunub:1174
Moldovada misli görünməmiş quraqlıq səbəbindən suya qənaət rejimi tətbiq olunacaq.
Bu barədə ölkənin Ətraf Mühit Nazirliyi dövlət qurumlarının nümayəndələri ilə görüşdən sonra açıqlayıb. Nazirlik evlərə və idarələrə su verən müəssisələrə saatlıq suyun verilməsini, saat 09:00-dan 12:00-dək və 18:00-dan 21:00-dək dayandırılmasını tövsiyə edib.

Nazirlik həmçinin istehlakçıların özləri üçün suya necə qənaət etmək barədə tövsiyələr dərc edib. Qeyd olunub ki, Dnestr çayının sol məcrasının bəzi qolları istisna olmaqla, çaylarda iyulun sonuna kimi aşağı sululuq qalacaq.


AzVision.az



Teqlər:



Xəbər lenti