Türkiyədə 6 ayda 50 rusiyalı turist ölüb

   Türkiyədə 6 ayda    50 rusiyalı turist ölüb
  27 İyul 2022    Oxunub:1693
Cari ilin birinci yarısında Türkiyədə istirahətdə olan 50 Rusiya vətəndaşı müxtəlif səbəblərdən dünyasını dəyişib, bundan əlavə turistlər arasında koronavirusa yoluxma hallarının sayında artım var.
Bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib. “İlk altı ayda bizdə ruslar arasında təəssüf ki, 50 ölüm var. Bu rəqəm statistik rəqəmlər içərisindədir. Əsas səbəblər xroniki xəstəliklər, ilk növbədə ürək-damar xəstəlikləri, suda boğulma, yol qəzalarıdır. Son bir ayda unudulmuş bir tendensiya meydana çıxıb: turistlərimiz arasında COVID-19-a yoluxnların sayı üstünlük təşkil etməyə başlayıb” - deyə səfir qeyd edib.


AzVision.az



Teqlər:



Xəbər lenti