Rusiya Latviyaya nota verdi

   Rusiya Latviyaya nota verdi
  27 İyul 2022    Oxunub:1385
Latviyanın müvəqqəti işlər vəkili Datse Rutka ölkəyə daxil olarkən Rusiya vətəndaşlarına təzyiq göstərən Latviya təhlükəsizlik qüvvələrinin hərəkətləri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə brifinq zamanı Rusiya XİN-in informasiya və mətbuat departamentinin direktor müavini İvan Neçayev məlumat verib. “Latviya ərazisinə daxil olarkən Rusiya vətəndaşlarına qarşı kobud təzyiq göstərən Latviya hüquq-mühafizə orqanlarının təxribat xarakterli hərəkətləri ilə bağlı ona kəskin etiraz edilib və müvafiq nota verilib”, - Neçayev bildirib.

O, həmçinin əlavə edib ki, ruslardan ölkələrinin siyasəti ilə razılaşmamaq barədə əvvəlcədən hazırlanmış sənədi imzalamaq tələb olunur. İmtina edən şəxsin Latviyaya girişi qadağan edilir.


AzVision.az



Teqlər:



Xəbər lenti