“Regionu qana boyamaq istəyənləri qazdıqları quyuya basdıracağıq“

   “Regionu qana boyamaq istəyənləri qazdıqları quyuya basdıracağıq“
  27 İyul 2022    Oxunub:525
Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumla bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin tviter hesabnda paylaşım edilib.

Bildirilib ki, İraqdakı səlahiyyətli şəxslər diplomatik nümayəndələrin təhlükəsizliyi üçün hər cür qabaqlayıcı addımı atmalıdır: “Mosuldakı Baş konsulluğa hücum nəticəsində kimlərin mülki şəxsləri hədəf aldığını bir daha gördük. Hücumu təşkil edən terrorçular tez və ya gec buna görə cavab verəcəklər. İraqlı qardaşlarımızla terrorla mübarizə və sərhəd təhlükəsizliyi üçün əməkdaşlığa hazırıq”.

Bəyanatda, həmçinin qeyd olunub ki, terrorçular törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar: “Onların hiylələrini alt-üst edəcək, regionu qana boyamaq xəyalları ilə birlikdə onları qazdıqları quyuya basdıracağıq”.

AzVision.az

Teqlər:







Xəbər lenti