Bayden koronavirusdan tam sağalıb

Bayden koronavirusdan tam sağalıb
  27 İyul 2022    Oxunub:2026
ABŞ prezidenti Co Bayden koronavirusdan tam sağalıb.
AzVision.az xəbər verir ki, Baydenin şəxsi həkimi Kevin O'Konor dövlət başçısının tam sağaldığını təsdiqləyib.

"Prezident Bayden 36 saat əvvəl beş günlük PAXLOVID kursunu bitirdi. Bu günə qədər o, tam beş gününü təcriddə keçirib. Onun hərarəti yoxdur və son 36 saat ərzində asetaminofen (Tylenol) qəbul etməyi dayandırıb”, - sənəddə deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti