“Niyə Səudiyyə Ərəbistanı Rusiyadan neft alır?!” – Amerikalı şərhçi

   “Niyə Səudiyyə Ərəbistanı Rusiyadan neft alır?!” –    Amerikalı şərhçi
  28 İyul 2022    Oxunub:2364
“Rusiya özünə qarşı tətbiq edilən neft embarqosundan ancaq qazanır, uduzanlar isə ilk növbədə Qərb ölkələrinin özündəki neft istehlakçılarıdır”. Bu fikirlər “Аmerican Thinker” nəşrinin şərhçisi Tomas Lifsona məxsusdur.
Lifson qeyd edir ki, Rusiya Qərbin sanksiyaları səbəbindən neft ixracını dayandırmayıb, sadəcə, digər alıcılara bir qədər ucuz qiymətə satır. Amma bu endirim dünya bazarındakı ümumi qiymət artımı ilə tam kompensasiya edilir. Qərb ölkələri isə başqa tədarükçülər axtarmağa və daha çox pul ödəməyə məcbur qalırlar.

Lifsonun fikrincə, ilk baxışda paradoksal vəziyyət yaranıb. Səudiyyə Ərəbistanı indi Rusiyadan nefti endirimlə alır və ondan elektrik enerjisi istehsal edir. Öz neftini isə ABŞ-a daha baha qiymətə satır. Amma nəticədə həm Moskva, həm də Ər-Riyad qazanırlar.

"Rusiya neft və qaz ixracı üçün tətbiq olunan sanksiyalar nəticəsində əvvəlki qiymətlərdən xeyli yüksək qiymətlər əldə edərək, udur. Səudiyyə Ərəbistanı isə qiymətlərin ümumi artımından, eləcə də ucuz neft idxalından və əvvəllər elektrik enerjisi üçün istifadə edilən neftin satışından faydalanır”, - Lifson yazır.

Amerikalı jurnalistin fikrincə, uduzanlar isə bütün dünyada neft istehlak edən, xüsusən də, Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrin neft istehlakçılarıdır. "Sanksiyalar mahiyyət etibarilə qeyri-məhsuldar və Bayden administrasiyasının bir çox xarici siyasi təşəbbüsləri kimi səfehlikdir",- o, qısaca yekunlaşdırb.

Nadir Quliyev
AzVision.az



Teqlər: Sanksiya   ABŞ   Rusiya  





Xəbər lenti