"Kiyev mədəniyyət paytaxtı olanda, Moskva bataqlıq idi" - Podolyak

   "Kiyev mədəniyyət paytaxtı olanda, Moskva bataqlıq idi" -    Podolyak
  28 İyul 2022    Oxunub:1769
Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak rusların bu gün səhər Belarus ərazisindən Ukraynanı raket atəşinə tutmasına münasibət bidlirib. AzVision.az xəbər verir ki, o, “Twitter” səhifəsində Ukraynaya Dövlətçilik Günündə 20-dən çox raket atılmasını pisləyib.
Rusiya Ukraynanı Belarusdan vurdu
- Ukrayna Dövlətçilik Gününü qeyd edir. Bu gün şəhərlərimizə iyirmi raket atılıb. Ruslar soyuducuları oğurlaya bilər, tariximizi yox. Kiyev mədəniyyət paytaxtı olanda, Moskva bataqlıq idi. Elə indi də eləq alıb, - Podolyak yazıb.

Qeyd edək ki, rəsmi Kiyev səhər saatlarında Belarus ərazisindən raket hücumlarına məruz qalmaları barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Raket   Belarus  



Xəbər lenti