Rusiya Ukraynanı Belarusdan vurdu

   Rusiya Ukraynanı    Belarusdan vurdu
  28 İyul 2022    Oxunub:1801
Bu gün səhər saatlarında Ukraynanın Çerniqov vilayəti atəşə tutulub. AzVision.azxəbər verir ki, bu barədə Ukraynanın “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.
Qeyd edilir ki , vilayətə qonşu Belarus ərazisindən raketlər atılıb.

Belarus Rusiya-Ukrayna müharibəsinə qoşuldu - VİDEO
"28 iyul 2022-ci il səhər saat 5:20-dən 6:30-a qədər Belarus mənbələrindən bu ölkə ərazisindən 20-dən çox raketin buraxılması barədə məlumat daxil olub. Hazırda Çerniqov vilayətinin Qonçarov icması ərazisindəki meşəyə doqquz raketin düşməsi təsdiqlənib. Bizim hava hücumundan müdafiə sistemləri də işləyirlər", - məlumatda deyilir.

Bildirilir ki, raket hücumlarının təfərrüatları daha sonra açıqlanacaq. Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Xatırladaq ki, Ukrayna mediası bu gün Çerniqov vilayəti ilə yanaşı, Kiyevətrafı rayonların, həmçinin Xarkov və Nikolayevin də raket atəşinə tutulduğunu yazıb.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan rəsmi Kiyev Minski bir neçə dəfə öz ərazisini rus qoşunlarına həvalə etməkdə ittiham edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Belarus  



Xəbər lenti