"Putin sonuncu rusa qədər döyüşəcək" - Jdanov

   "Putin sonuncu rusa qədər döyüşəcək" -    Jdanov
  28 İyul 2022    Oxunub:1989
Rusiya prezidenti Vladimir Putin sonuncu rusa qədər mübarizə aparacaq. O, öz hakimiyyətinə elə bir diktatura sistemi qurub ki, geri çəkilə bilmir.
İranın dronuna möhtac Rusiya – TƏHLİL
AzVision.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Oleq Jdanov Freedom.UA-nın efirində çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, nə qədər ki, resurslar var, Putin öz qələbəsinə nail olmaq üçün onları döyüşə atacaq.

- O dayana bilməz. Onun üçün dayanmaq həm lider kimi həm də siyasi ölümdür. O, özünü Rusiya Federasiyasının Allahı hesab edir, - Jdanov qeyd edib.

Jdanov hesab edir ki, Putinin Rusiya ordusunun sıralarını yaxın ölkələrdən gələn “könüllülər” hesabına doldurmağa çalışması təəccüblü hal sayılmamalıdır.

- Xatırlayırsınızsa, o, (Putin-red.) Suriyada muzdlular tutmağa çalışdı. Amma sən demə oradakı adamlar daha ağıllı çıxdılar. Onlar əvvəlcədən pul tələb edirdilər və bu ölkədə məlum məsələlərin qiyməti qazaxları, qırğızları, tacikləri "işə götürmək"dən qat-qat baha idi. Ola bilsin ki, Ermənistanda, keçmiş Sovet İttifaqının digər respublikalarında bu istiqamətdə "verbovkalar" reallaşsın, - ekspert deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Rusiya   Ukrayna   Müharibə  



Xəbər lenti