Bağdaddakı etirazlarda ölən və yaralananlar var

Bağdaddakı etirazlarda ölən və yaralananlar var
  30 İyul 2022    Oxunub:1193
İraqın paytaxtı Bağdad şəhərində etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə” telekanalı məlumat yayıb..

Qeyd olunub ki, yaralananlar arasında 25 İraq əsgəri də var.

Təhlükəsizlik qüvvələri Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”nın ətrafına çəkilmiş beton hasara hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.

AzVision.az



Teqlər: Bağdad   Etirazlar  



Xəbər lenti