Vuçiç Serbiya Ordusunun Baş Qərargahının binasına getdi |
Qeyd edək ki, Serbiya prezidenti Aleksandar Vuçiç də yaranmış arzuolunmaz duruma reaksiya verib. O, Kosovoda gərginliyin azalacağını gözlədiyini və Belqradın buna nail olmaq üçün əlindən gələni edəcəyini deyib.
- Biz gərginliyi azaltmaq üçün çalışırıq, əlimizdən gələni və bacardığımız hər şeyi edirik. Bu, bizim üçün ən vacib şeydir. Nə qədər çətin olsa da, təslim olmayacağıq və Serbiya qalib gələcək, - Vuçiç deyib.
Vuçiç bazar ertəsi gecə saatlarında Baş Qərargahı ziyarət edib və burada Kosovoda vəziyyətin gərginləşməsi fonunda Serbiya ordusunun komandanlığı ilə danışıb.
Xatırladaq ki, dünən Kosovo və Metoxiyanın serb əhalisi barrikadalar qurmağa başlayıb. Serbiya vətəndaşları Kosovonun şimalında və Metoxiyada barrikadalar qurublar. Onlarla insan Priştina - Raska əsas yolunu bağlayıb. Küçələrdə olan Kosovo polisinin xüsusi dəstələri (ROSU polis xüsusi təyinatlıları) şəhər əhalisi toplanması başlayanda ətraf kəndlərə yola düşüb.
Tural Tağıyev
AzVision.az