"Rusiya ilə mübarizədə heç kim Kiyevə şans vermədi" - Polşanın baş naziri

   "Rusiya ilə mübarizədə heç kim Kiyevə şans vermədi" -    Polşanın baş naziri
  01 Avqust 2022    Oxunub:1337
Ukrayna Kremlin başlatdığı genişmiqyaslı işğal müharibəsindən sağ çıxa biləcək. Hətta Rusiya Ukrayna ərazisinin müəyyən hissəsini ələ keçirə bilsə belə Kiyev müharibədə müəyyən mənada sağ qalacaq.
AzVision.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.

- Rusiya Ukraynanı məhv edə bilməyəcək... Döyüşə qatılmayanlar elə başlanğıcdaca uduzurlar. Kim ki, döyüşə girir özünə sağ qalmaq şansı verir. Bu, şübhəsiz ki, Ukraynaya qarşı müharibədə dərsdir, - Baş nazir vurğulayıb.

Polşa hökumətinin başçısı onu da xatırladıb ki, Varşava üsyançıları azadlıq və əsarət arasında seçim etmədilər. Onlar azadlıq və məhv olmaq arasında seçim etdilər.

- Çünki itaət xalqımızın məhvinə razılıq demək idi,- Moravetski qeyd edib.

Onun sözlərinə görə, fevralın 24-də müqavimət və mübarizə tamamilə mənasız görünürdü.

- Ukrayna bir neçə günə süqut etməli idi, keçmiş imperiyaya qarşı heç kim ona şans vermədi, - Polşa rəhbəri deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti