Milli Parkda qanunsuz ov edən cəzalandırılıb

Milli Parkda qanunsuz ov edən cəzalandırılıb
  01 Avqust 2022    Oxunub:1099
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb:

“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti