Odessa limanlarında taxılı daşımaq üçün 16 gəmi gözləyir
"İndi Odessa vilayətinin limanlarında Ukrayna taxılı olan 16 gəmi var və onlar yola düşməyi gözləyir. Bunlar fevralın sonundan limanlarda qalan gəmilərdir. Yaxın gələcəkdə biz kənd təsərrüfatı məhsullarının tam ötürülmə qabiliyyətinə çatmağı planlaşdırırıq”, - deyə Timoşenko bildirib.
Onun sözlərinə görə, limanların işə düşməsi çıxarılması ölkə iqtisadiyyatına ən azı 1 milyard dollar gətirəcək.
Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb.
Məlumata əsasən, Syerra-Leone bayrağı altında üzən "Razoni" adlı quru yük gəmisi Livana doğru hərəkət edəcək. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


