Separatçılar sabitliyi pozmağa çalışırlar – Ədalət Verdiyevin şərhi

   Separatçılar sabitliyi pozmağa çalışırlar –    Ədalət Verdiyevin şərhi
  01 Avqust 2022    Oxunub:4578
Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun mövqelərinin intensiv atəşə tutulması müşahidə edilir. Vəziyyəti təhlil edərkən aydın olur ki, Ermənistanın Təhlükəsizlik Şurasının məlum açıqlamasından sonra Azərbaycan ərasizində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri artıq İrəvandan gələn əmr və göstərişləri rədd edərək, genişmiqyaslı təxribatlar yaratmaqla bölgədə sabitliyin pozmağa cəhd göstərirlər.
Bunun bariz nümunəsi kimi 01 avqust 2022-ci il tarixində günorta saatlarında toplaşan qondarma rejimin “təhlükəsizlik şürası”nın üzvlərinin iclasından bir neçə saat sonra guya Azərbaycan Orsunun bölmələrinin Qarabağ iqtisadi zonasında bir necə istiqamətdən atəş açması barədə ard-arda yayılan təxribat xarakterli məlumatları göstərmək olar.

Yayılan məlumatların təxribat xarakterli olduğunu və çaşdırıcı məqsəd daşıdığını sübut edən isə qondarma rejim rəhbərliyinin axşam saatlarında guya Azərbaycan Ordusunun bölmələrinin səhərdən başlayaraq, qanunsuz dəstə üzvlərini atəşə məruz qoyması barədə yaydığı xəbərdir.

Erməni xislətinə bələd olan insan kimi əminliklə deyə bilərəm ki, əgər həqiqətən də belə bir fakt olsaydı, ermənilər elə səhər saatlarında etibarən “həyəcan təbillərini” işə salaraq, bütün dünyanı ayağa qaldırardılar. Necə ki, bunu qondarma rejimin “təhlükəsizlik şurası”nın iclasından bir necə saat sonra internetdə həyata keçirməyə başlayıblar.

Bütün bu proseslərə diqqətlə nəzər yetirsək aydın olur ki, geniş miqyaslı təxribatlara başlamaq barədə qərar məhz qondarma rejimin bu gün keçirilən iclasında verilib. Bu qərarın əsas məqsədi isə sabitliyə doğru gedən proseslərə mane olmaqdan ibarətdir.

Gözlənilən genişmiqyası təxribatların Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinə təhdid yaradacağı da istisna deyil. Azərbaycan tərəfinin maraqlarına tamamilə zidd olan bu addımların qarşısının Ordumuz tərəfindən yenə də qətiyyətlə alınacağına heç bir şübhəmiz yoxdur.
Ordumuz qürurumuzdur!


Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün




Teqlər: Qarabağ  





Xəbər lenti