"Krımın Ukraynaya qaytarılmasına hazırlıqlar gedir" - Skibitski

   "Krımın Ukraynaya qaytarılmasına hazırlıqlar gedir" -    Skibitski
  02 Avqust 2022    Oxunub:1074
Rusiya Ukraynanın materik hissəsinə göndərilmək üçün işğal olunmuş Krıma bir batalyon-taktiki desant dəstəsi yerləşdirib. AzVision.az xəbər verir ki, bu barədə TSN-ə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(QUR) nümayəndəsi Vadim Skibitski məlumat verib.
Ukraynada 41 mindən çox rus hərbçi öldü
Onun sözlərinə görə, ruslar yarımadada hava hücumundan müdafiəni gücləndirirlər. Eyni zamanda orada partizan hərəkatı da güclənib. Yerli sakinlər Krımın Ukraynanın nəzarətinə qaytarılmasına hazırlaşırlar.

- İndi yenidən qruplaşma gedir. Onlar bu iki istiqamətə qüvvələr göndərirlər. Bundan başqa, ruslar Krımda hava hücumundan müdafiəni də gücləndirirlər. Gördüyünüz kimi partizanlar fəallaşıblar və işğalçılara qarşı hərəkat güclənib. İnsanlar ora dönəcəyimizə hazırlıqlar görürlər, - Skibitski nəşrə açıqlamasında deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Ukrayna  



Xəbər lenti