Tamara Nurəliyevaya Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib

Tamara Nurəliyevaya Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
  02 Avqust 2022    Oxunub:1937
Tamara Nurəliyevaya Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Bu barədə AzVision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, T.Nurəliyeva 1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2005-2006-cı illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura təhsili alıb.

2008-2009-cu illərdə “A-Qroup Sığorta şirkəti” QSC-də Müştərilərə xidmət departamentinin mütəxəssisi vəzifəsində çalışıb. 2017-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Muğanlı kənd həkim məntəqəsinin müdiri, 2017-2020-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd xəstəxanasının baş həkimi olub.

2020-ci ildən ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində çalışıb. 2022-ci ildən isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini işləyirdi.

AzVision.az



Teqlər: Xəstəxana   TƏBİB  





Xəbər lenti