“Ana südü ilə qidalandırma həftəsi” Sumqayıtda
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova bildirib ki, dövlətimiz tərəfindən səhiyyəyə böyük diqqət və qayğı göstərilir. Müasir standartlara cavab verən 2 nömrəli xəstəxananın tikintisi bunun bariz nümunəsidir.
Ankara Universiteti Tibb Fakültəsinin professoru Ömer Erdeve və Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, BMT-nin Uşaq Fondunun nümayəndələri öz çıxışlarında ana südünün uşağın inkişafı, immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açıb.
Tədbirdə simvolik olaraq iştirakçılar örtüklər geyiniblər. Bu da ana südü ilə qidalanmanın əhəmiyyətini bir daha göstərib. İlk mamaça olan Floresinsin siması da tədbirdə canlandırılıb.
Çıxışlardan sonra “Ana Südü ilə qidalandırmaya sosial yanaşma”, “Hamiləlikdə COVID-19-a yoluxmuş analardan doğulan yenidoğulmuşların qidalanması”, “Ana Südü ilə qidalandırmanın üstünlükləri”, “Ana südünün möcüzəsi” mövzusunda təqdimatlar nümayiş olunub.
Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.
Teqlər: Ana-südü