Avstraliyada son 10 ildə ilk dəfə hərbi hazırlığın yoxlanılmasına başlanılır

   Avstraliyada    son 10 ildə ilk dəfə    hərbi hazırlığın yoxlanılmasına başlanılır
  03 Avqust 2022    Oxunub:935
Avstraliyanın Baş naziri Entoni Albanese 2012-ci ildən bəri ilk dəfə olaraq qoşunların hazırlığının yoxlanılmasına başladığını elan edib. AzVision.az xəbər verir ki, bu barədə SBS News məlumat yayıb.
Baş nazirin sözlərinə görə, bu, ölkənin təhlükəsizliyinə təhdidlərin artması fonunda öz millətini qorumağa hesablanıb.

- Hazırlıq icmalı Avstraliyanı dəyişən regional və qlobal strateji mühitə effektiv cavab verməyə hazırlayacaq. Bu, ölkənin müdafiə imkanlarını, güc strukturunun uyğunlaşdırılmasını, əlçatan olmasını, həmçinin sərmayələrdən maksimum gəlir əldə etməsini təmin edəcək, - Baş nazir deyib.

Hazırlığın yoxlanılmasına keçmiş müdafiə naziri Stiven Smit və istefada olan aviasiya marşalı Anqus Hyuston rəhbərlik edəcək. Hyuston artıq təhlükəsizlik mühitini indiyə qədər gördüyü ən pis şərait adlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti