"Putin torpaqlarımıza dağıntı, kədər, dəhşət gətirdi" - Kuçma

   "Putin torpaqlarımıza dağıntı, kədər, dəhşət gətirdi" -    Kuçma
  04 Avqust 2022    Oxunub:1467
Ukrayna müharibəsi kompromis həll yolu ilə bitə bilməz. Burada yalnız bir qalib olacaq. AzVision.az xəbər verir ki, bunu Ukraynanın ikinci prezidenti Leonid Kuçma BBC-yə müsahibəsində deyib.
"Rusiya danışıqlara deyil, müharibəyə fokuslanıb" - Kuleba
- Putin bizim torpaqlara həddən artıq kədər, dağıntı və dəhşətlər gətirildi. Yüzlərlə ukraynalı uşaq öldürüldü. Mən bundan sonra necə kompromis axtaracağımı bilmirəm. Artıq hərarət o dərəcədə yüksəlib ki, bu müharibədə yalnız bir qalib olacaq. Və inanıram ki, qalib biz olacağıq, - eks-prezident nəşrə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın öz torpaqlarını, ən əsası isə xalqı işğal altında qoyması qəbuledilməzdir. Rusiya hakimiyyəti üçün isə öz əhalisinin və Qərbin gözündə uduzan kimi görünməsi qəbuledilməzdir. Bu, Kremlə görə, işğal olunmuş torpaqlardan çıxmaq demək olardı.

Kuçma qeyd edib ki, hər iki tərəf özünün güclənməsinə ümid edir.

- Nə qədər irəli getsək, bir o qədər də bizdə Qərb silahları çox olacaq, - Kuçma vurğulayıb.

Onun fikrincə, "Putinin ölmək üzrə olduğuna inanmaq olmaz. İnanmaq olmaz ki, sanksiyalar bax elə indicə Rusiyanı iqtisadi cəhətdən məhv edəcək, narazılar artacaq və hərbçilər əleyhinə narazılıqlar olacaq. Ukrayna döyüşüb hər şeyi meydanda həll etməlidir".

Münaqişənin genişlənməsi və Üçüncü Dünya Müharibəsinə çevrilməsi ehtimalı ilə bağlı sualına gəldikdə isə eks-prezident jurnalistə maraqlı şəkildə cavab verib: “Ukraynanın təcavüzü necə dəf etməsindən asılı olaraq, ya Üçüncü Dünya Müharibəsindən qaçınacaq, ya da bu müharibə artıq gedir. Əgər müqavimət göstərsək, Putin daha da irəli getməyəcək.Yox, əgər müqavimət olmasa qorxuram ki, o daha da uzağa gedəcək. Amma biz müqavimət göstərəcəyik".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Putin  



Xəbər lenti