Kuçma: "Rusiya Moldova, Qazaxıstan və Gürcüstana hücum edəcək"

      Kuçma:    "Rusiya Moldova, Qazaxıstan və Gürcüstana hücum edəcək"
  04 Avqust 2022    Oxunub:1414
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma BBC-yə müsahibəsində Rusiyanın hücum edə biləcəyi postsovet ölkələrinin adını açıqlayıb.
Onun sözlərinə görə, Rusiya Ukraynadan sonra Moldova, Qazaxıstan və Gürcüstana hücum edəcək: "Ən böyük təhlükə Litva və ya Polşanı deyil, NATO-dan kənar postsovet respublikalarını gözləyir. Moldova və Şimali Qazaxıstanla bağlı eyhamlar adi hala çevrilib, indi bu kontekstdə Gürcüstanın da adı çəkilir".

Kuçma əlavə edib ki, Rusiya NATO-ya birbaşa meydan oxumağa qadir deyil: "Əgər Ukrayna münaqişəni dözərsə, o zaman Rusiyanın digər postsovet ölkələrinə hücumu olmayacaq".

AzVision.az



Teqlər:



Xəbər lenti