ABŞ daha 150 hərbçini Polşaya göndərir

ABŞ daha 150 hərbçini Polşaya göndərir
  29 Aprel 2014    Oxunub:1156
ABŞ Baltikyanı ölkələrdə və Polşada öz hərbi kontingentinin sayını artır. Amerika hərbçilərindən ibarət bölük carı ilin sonuna qədər davam etməsi planlaşdırılan NATO təlimlərində iştirak etmək məqsədilə Estoniyaya gəlib.

AzVision.az Rusiya KİV-nə istinadən bildirir ki, bununla da ABŞ Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra təşvişə düşən tərəfdaşlarını sakitləşdirməyi planlaşdırır. Artıq yüzlərlə ABŞ hərbçisi Litva, Latviya və Polşada təlim hədəflərinin yerinə yetirilməsinə başlayıb.

Qeyd edək ki, daha əvvəl NATO baş katibi Anders Foq Rasmussen bəyan edib ki, təşkilat Şərqi Avropada döyüş hazırlığının gücləndirilməsi üçün əlavə hərbi personal yerləşdirmək, həmçinin Ukraynada hadisələrlə əlaqədar müdafiə üzrə planları yenidən gözdən keçirmək niyyətindədir.

“Xarici siyasət fokusda” elmi-araşdırma mərkəzinin analitiki Derek Monro rəsmi Vaşınqtonun Şərqi Avropadakı son addımlarını şərh edib. O, bildirib ki, demokratiya, Ukraynanın ərazi bütövlüyünə hörmət adı altında ABŞ bu ölkələrdə öz maraqlarını yayır.

Monronun sözlərinə görə, ABŞ-ın hərəkətləri regionda gərginliyin artırılmasına hesablanıb: “Mənim fikrimcə, böyük oyunçular olan ABŞ və NATO-nun əvvəlcədən hazırlanan planları var – prosesləri idarə edərək onlar müəyyən hədəflərə nail olmaq istəyirlər. Tarazlaşdırıcı rol oynamaq və Kiyev hökumətini sakitləşdirmək, onun baş verənlərə praqmatik formada baxmağa məsləhət vermək əvəzinə onlar tamamilə bu hökuməti dəstəkləyirlər. Bu cavab olaraq onlardan da eyni dəstəyi almaq üçün edilir. ABŞ-ın Polşa və Baltikyanı ölkələrə öz 150 əsgərini göndərməsi çox narahatedicidir. Çünki bu yalnız münaqişə gərginliyinin artmasını deyil, həm də bu ölkələrin tutduğu barışmaz mövqeyi göstərir”.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti