Ərinin pulunu xərcləyən qadın polisə yalan danışdı

   Ərinin pulunu xərcləyən qadın polisə yalan danışdı
  05 Avqust 2022    Oxunub:1427
Tovuzda polisə yalan danışan şəxs ifşa olunub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. O bildirib ki, avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirərək 35.000 manat pulu və ümumi dəyəri 4000 manat olan qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi və evi yandırmağa cəhd etməsi barədə məlumat daxil olub:

“Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsinin baş vermədiyi, vətəndaş S. Süleymanovanın uzun müddət ərzində həyat yoldaşına məxsus pulu xərclədiyi üçün yalan məlumat verdiyi məlum olub.

Araşdırmalar zamanı xanımın özünə xəsarət yetirdiyi kəsici alət, yanıcı maddə, 2.743 manat, 900 ABŞ dolları və 7500 rus rublu maddi sübut kimi aşkar edilərək götürülüb”.

AzVision.az



Teqlər:





Xəbər lenti