"Nazirlik qarşısında aksiya keçirən şəxs müharibə iştirakçısı deyil"

   "Nazirlik qarşısında aksiya keçirən şəxs müharibə iştirakçısı deyil"
  05 Avqust 2022    Oxunub:1924
Bu gün Nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qurum rəsmisi qeyd edib ki, ona 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib.

"Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün əlillik təyinatından imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib.

Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sosial işçi kimi təhkim edilib" - deyə o sosial şəbəkə hesabında yazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti