Səyyar ASAN xidmət Zəngilanda vətəndaşlara xidmət göstərib

   Səyyar ASAN xidmət Zəngilanda vətəndaşlara xidmət göstərib
  09 Avqust 2022    Oxunub:1232
Avqustun 9-da Səyyar ASAN xidmət Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərib.
AzVision.az xəbər verir ki, bu çərçivədə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib.

Xatırladaq ki, avqustun 4-də Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzdə mövcud olan "ASAN xidmət" köşkü vasitəsilə isə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir.

Belə ki, "ASAN xidmət" əməkdaşı tərəfindan onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti