Fuad İslamoğlunun yeni kitabı işıq üzü görüb

Fuad İslamoğlunun yeni kitabı işıq üzü görüb
  09 Avqust 2022    Oxunub:1169
Müəllifin ədəbiyyatımıza növbəti ərməğanı olan “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu sevimli şairin sayca beşinci kitabıdır.
Şəhidlərimizin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş kitabda əsasən ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomatiyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir.

Eyni zamanda, şeirlər toplusunda yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.
Qeyd edək ki, şairin əvvəlki “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub.

Qalereya




Teqlər:





Xəbər lenti