"Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasını tələb edirik"- Ceyhun Bayramov
“Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın. Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, sülhməramlıların regiona gəlişinə paralel olaraq erməni hərbçiləri ərazini tərk etməlidir. 2020-ci ilin dekabr ayına qədər Ermənistan hərbi birləşmələri Qarabağdan tam çıxmalı idi. Lakin bu, indiyədək tam başa çatdırılmayıb. Azərbaycan bu maddənin icrasında israrlıdır. Və biz bunu Ermənistandan tələb edirik”, - o bildirib.
AzVision.az
Teqlər: