Mustafa Dənizli istefa verdi

Mustafa Dənizli istefa verdi
  29 Aprel 2014    Oxunub:1997
Mustafa Dənizlinin istefa xəbərləri yayıldı
2013/14 mövsümündə uğurlu nəticə qazana bilməyən “Xəzər Lənkəran” yay fasiləsində baş məşqçi postunda dəyişiklik edə bilər. AzVision.az-ın Apasport-a istinadən verdiyi məlumatına görə, buna komandanın türkiyəli çalışdırıcısı Mustafa Dənizlinin klubu tərk etməkdə israrlı olmasıdır.

Belə ki, “Xəzər Lənkəran”ın 10 illik yubileyində avrokuboklara vəsiqə qazana bilməməyindən sonra türkiyəli mütəxəssis istefa vermək qərarına gəlib. Klub rəhbərliyi tanınmış məşqçini postunda saxlamaq niyyətində olsa da, bu gedişlə Dənizlini yola gətirmək mümkün olmayacaq.
Mütəxəssis ən yaxşı halda, mövsümü yola verməyə, son 4 turdan sonra vətəninə qayıtmağa razılaşıb.

Rumıniyalı mütəxəssis Mirça Rednikin klubdan ayrılmasından sonra çempionat və kubokda titul qazana bilməyən “Xəzər Lənkəran” rəhbərliyi də Dənizlinin gedəcəyi ilə barışmaq məcburiyyətində qalıb.

Belə olan halda, cənublular məhz Redniki qaytaracağı gözlənilir. Dəfələrlə kluba qayıtmağa hazır olduğunu bəyan edən Redniklə danışıqlara başlanılması zərurəti yaranıb. Neçə vaxtdır azarkeşlərin də geri dönməsini istədiyi rumıniyalının artıq mayın sonlarında Azərbaycana gəlib müqavilə imzalayacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti