Bakıda evdən meyit tapıldı

Bildirilib ki, Nazirliyin qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nəzirov Əbülfət Ayaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
AzVision.az
Teqlər: