Hansı xəstələrə dəniz suyu vacibdir? - Həkim
"Dəniz yosunları özündən qazabənzər yod sintez edir. Ona görə dənizdə çimmək gündəlik yod mikroelementinin dozasını təmin edir.
Yod bir çox sistemlər, qalxanvarivəz üçün vacibdir.
Dənizdə olan duz suda olan bakteriyaları sürətlə sovurub zərərsizləşdirir və onlar ölür. Bu proses osmos adlanır.
Dəridə və bədəndə bakterial yaralar olduqda dəniz suyu faydalıdır.
Dənizdə olmaq ağrılı, xəstə oynaqlar üçün də faydalıdır. Dənizdə üzmək oynaqlar üçün ən zərərsiz fizioterapiyadır.
Suda olmaq oynaqlara təzyiq yaratmır. Üzmək sümük-əzələ sistemini möhkəmlədir, osteartritin yaranmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır.
Dəniz havası və suyu yata bilməyənlərə də çarədir. Dənizin sakitləşdirici səsi dərin yuxuya səbəb olur.
Dəniz sinir sistemini sakitləşdirir. Ona görə uşaqları da dənizə aparın".
AzVision.az
Teqlər: