Dilin rəngi hansı xəstəliklərdən xəbər verir?

   Dilin rəngi hansı xəstəliklərdən xəbər verir?
  10 Avqust 2022    Oxunub:2730
Pasiyentin dilinin rəngi normadan kənar olduqda artıq burun-boğaz və həzm sistemi xəstəliklərindən şübhələnmək olar.

Bakupost.az xəbər verir ki, rusiyalı otolarinqoloq Svetlana Zimina dilin rənginə görə 10 xəstəliyin əlamətini açıqlayıb.

Dilə baxaraq onun üzərindəki arpin miqdarı, qalınlığı, rəngi və qoxusuna görə müxtəlif xəstəlikləri diaqnoz etmək olar.

- Əgər dilin kökü ağ, üzəri sarı, boz ərplə örtülübsə, mədə-bağırsaq problemləri: qastrit, xora, bağırsaq xorası, enterokolitdən şübhələnmək olar.

- Dilin sarı olması qaraciyər və öd problemidir.

- Ağciyər xəstəliklərində və böyrəklərdə dilin yanları ağ ərplə örtülür, ortası çəhrayı qalır.

- Çox qalın, az qala qaşınan ağ ərp bədənin güclü intoksikasiyası zamanı, qrip, kovid və s. infeksion xəstəliklərdə görülür

- Bənövşəyi rəngdə dil ürək-damar, göyərmiş dil damar, böyrək problemində olur.

Eləcə də nadir irsi, genetik xəstəliklərdən dildə tüklənmə olur. Bəzi dərman və qidalar da dilin rənginə təsir edir.

Amma dərman və yeməyin təsiri daimi olmur.


Teqlər:





Xəbər lenti