Zabuxda ermənilərdən ov tüfəngləri də yığılıb

   Zabuxda ermənilərdən ov tüfəngləri də yığılıb
  11 Avqust 2022    Oxunub:2245
İşğal dövründə Zabuxda qanunsuz şəkildə məskunlaşdırılmış ermənilər Laçınla yanaşı bu kəndi də Azərbayacana təhvil verməyə hazırlaşırlar. Ermənistan cəmiyyətində ajiotaj yaradan bu hazırlıq işləri hakimiyyətə qarşı nifrəti birə-beş artırıb. Yerli media Paşinyan iqtidarını fərsiz, bacarıqsız, kapitulyasiyaya alışmış bir komanda kimi xarakterizə və tənqid edir.
"Zabuxa enerji və rabitə verilişi dayandırılacaq" - Çavuşyan
Məsələn, ermənilərin məşhur "Hraparak" nəşrində Zabux hadisələri ilə bağlı diqqət çəkən yazı dərc edilib. Müəllif Paşinyana bir neçə sual da ünvanlayıb: "Siz komandirləri, əsgərləri həbs edirsiniz ki, ya döyüşməyiblər, geri çəkiliblər, ya da düşmənə satılıblar, təslim olublar. Onu da bəyan edirsiniz ki, niyə əsir düşmələri, nə üçün döyüşsüz təslim olmalarını araşdırmaq lazımdır.

Zabuxda insanların əlindən ov tüfənglərini belə alırsınız ki, onlar torpaqları "müdafiə" etməsinlər. Deyirsiniz ki, evləri salamat şəkildə düşmənə təhvil verməlisiniz, bir dənə də olsun budaq qırılmamalıdır. Əgər belə olmasa, 10 milyon dramlıq kompensasiyanı almayacaqsınız. Bu məsələləri nə qədər gizlətsəniz də, kənd camaatı deyir, danışır. Ağlayırlar ki, "bizə silah versinlər, evləri, torpağı "qoruyaq". Erməniləri tərksilah edirsiniz, sonra da elə təəssürat yaradırsınız ki, onlar torpaqları saxlamaq istəmirlər. Bu, bəlkə də dünyada yeganə hakimiyyətdir ki, insana özünü, evini, övladını qorumaq imkanı vermir. İnsanı özünümüdafiə imkanından məhrum edir. Elə bil quşun qanadını kəsib dedin ki, baxın, o uçmaq istəmir. Dəhşətlisi odur ki, eyni qayçı hələ çox qanadları kəsəcək. Əgər biz özümüzü müdafiə etmədən təslim oluruqsa, o zaman bu ölkədə Müdafiə Nazirliyi nəyə lazımdır? Könüllü təslim olduğumuz üçün müdafiəyə ehtiyacımız yoxdur".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Laçın  





Xəbər lenti