Su kanalında batan şəxs tapılıb - YENİLƏNİB

Su kanalında batan şəxs tapılıb - YENİLƏNİB
  07 Aprel 2013    Oxunub:1445
1996-cı il təvəllüdlü Ağcabədi rayon sakinin meyiti su kanalından tapılıb
Ötən gün Ağcabədi rayonu, Avşar kəndi ərazisində su kanalında batan 1996-cı il təvəllüdlü Cəsarət Adil oğlu Aslanovun axtarışları başa çatdırılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qeyd olunan şəxsin meyiti nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.. Əməliyyat saat 10:45-də başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağcabədi rayonu, Avşar kəndi ərazisində 1 nəfərin su kanalında batması ehtimal olunur. Dərhar Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər su kanalında axtarış işləri aparırlar.

Əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti