Qazaxstan neftini dünyaya Rusiya yox, Azərbaycan üzərindən satacaq
Dünyada neft ixracının təxminən 1 faizi, başqa sözlə gündəlik təxminən 1,4 milyon bareli Qazaxıstanın üzərinə düşür.
Qazaxıstan 20 ildir neftini dünya bazarına Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Rusiyanın Qara dənizdəki Novorossiysk limanı üzərindən çatdırır. İyul ayında Rusiya məhkəməsinin CPC-ni bağlamaqla hədələməsi, Qazaxıstan hökumətini və əsas xarici istehsalçıları ehtiyat tədbiri olaraq digər neft ötürcüləri ilə müqavilələr bağlamağa vadar edib.
Qazaxıstanın dövlət neft şirkəti “Kazmunayqaz” (KMG) artıq Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparıb. İlkin razılaşmaya görə, 1.5 milyon ton qazax nefti Azərbaycanın boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılacaq.
Rusiya-Ukrayna münaqişəsi səbəbindən dünyada xam neftin qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatıb və hazırda bir barelin qiyməti orta hesabla 100 dollardan yuxarıdır.
AzVision.az
Teqlər: