Yazıçı Salman Rüşdi kor ola bilər

 Yazıçı Salman Rüşdi kor ola bilər
  13 Avqust 2022    Oxunub:1198
Avqustun 12-də hindistanlı yazıçı Salman Rüşdini bıçaqlayan şəxs qətl və hücumda ittiham olunur.
AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb..

Yazıçının müvəkkili Endryu Vaylinin dediyinə görə, xəstəxanaya yerləşdirilən Rüşdi süni nəfəs aparatına qoşulub, onun qaraciyərində, qolunda ciddi zədə xəsarət var və bir gözünü itirə bilər.

Qeyd edək ki, Salman Rüşdi dünən Nyu-York şəhərində “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.

Naməlum şəxs səhnəyə çıxaraq Ruşdini döyməyə başlayıb. 75 yaşlı Rüşdi boynundan və mədəsindən bıçaqlanıb. Hadisəni törədən şəxs saxlanılıb.

S.Ruşdinin illər əvvəl yazdığı “Şeytan ayələri” romanı müsəlmanların ciddi etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, eləcə də kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.

Salman Rüşdi bir çox müsəlmanın küfr kimi qiymətləndirdiyi “Şeytan ayələri” əsərinə görə dəfələrlə təhdidlər alıb. Kitab 1988-ci ildən İranda qadağan edilib. Eyni zamanda, İran hökuməti sonradan fətvadan uzaqlaşsa da, ölkədə yazıçıya qarşı mənfi münasibət qalmaqdadır.

AzVision.az



Teqlər: Rüşdi   Qəsd  





Xəbər lenti