AZAL-ın Bakı-Moskva reysi gecikir

   AZAL-ın Bakı-Moskva reysi gecikir
  15 Avqust 2022    Oxunub:921
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysi texniki səbəbdən gecikir.
Bu barədə AzVision.az -a AZAL-dan bildirilib. Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti