Bu gün 26 dərəcə isti olacaq

Bu gün 26 dərəcə isti olacaq
  07 Aprel 2013    Oxunub:1190
Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 22-27, bəzi yerlərdə 29, dağlarda gecə 4-9, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.



Teqlər:  





Xəbər lenti