Avrozonada tənəzzül riski ən yüksək səviyyəyə çatdı

Avrozona ölkələrində iki rüb ardıcıl olaraq hasilatın azaldılması ehtimalı agentliyin sonuncu sorğusundan bu yana, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra 45%-dən 60%-ə yüksəlib.
Beləliklə, ekspertlər blokun ən böyük iqtisadiyyatı olan və Rusiyanın enerji təchizatının azalmasından ən çox təsirlənən Almaniya iqtisadiyyatının bu rübdən etibarən durğunlaşmağa başlayacağını proqnozlaşdırırlar.
2022-ci ildə inflyasiyanın orta hesabla təxminən 8% olacağı təxmin edilir ki, bu da Avropa Mərkəzi Bankının proqnozundan təxminən dörd dəfə çoxdur. Bununla belə, respondentlər inflyasiyanın 2024-cü ildə 2%-lik hədəfə qədər yavaşlayacağına inanırlar.( Bloomberg).
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: