“Ermənilər hiyləgər oyun oynayırlar” – Rusiyalı ekspert

“Azərbaycan təxribatlara cavab verəcəyini göstərir”

   “Ermənilər hiyləgər oyun oynayırlar” –    Rusiyalı ekspert
  16 Avqust 2022    Oxunub:1720
“Ermənilərin əsas məqsədlərindən biri Azərbaycanla Rusiyanı müxtəlif təxribatlar vasitəsilə bir-birinə qarşı qoymaqdır. Xüsusilə də, Qarabağda. Rusiya sülhməramlılarının qoruduğu ərazidə baş verən insidenti ermənilər təsadüfən etməyib. Məqsəd həm də sülhməramlıların niyə bu vəziyyətin qarşısını ala bilmədiyi ilə bağlı sualın yaranmasıdır”.
Bu sözləri AzVision.az -a rusiyalı politoloq Daria Qrevtsova deyib. Onun sözlərinə görə, bu cür təxribatlar təkcə Qarabağda deyil, Rusiya ilə bağlı olan digər bölgələrdə də təkrarlana bilər: “Ermənilər çox hiyləgər oyun oynayırlar. Azərbaycanın reaksiyasını yoxlamağa çalışırlar ki, görsünlər özünü necə aparacaq? Digər məsələ isə erməni silahlı birləşmələrinin çıxarılmasını nəzərdə tutan üçtərəfli razılaşmalarla bağlıdır. Bu problem qalır. Burada həqiqətən çətinliklər var. Rusiya Ermənistana öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmasıyla bağlı təzyiqlər edir. Ancaq gördüyümüz kimi, Rusiyada bu alınmır”.

Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, erməni tərəfi də bundan Rusiya ilə Azərbaycanı bir-birinə qarşı qoymaq üçün istifadə edir. Bundan başqa, Ermənistanın öz merkantil maraqları var. Revanşizm arzusunda olan bir qrup insan var ki, Qarabağı yenidən Ermənistana qaytarmağı xəyal edir. Onlar azlıqda olsalar da, mövcuddurlar, Ermənistanda nüfuzları var və Paşinyan onlardan qorxur. Ona görə də, erməni silahlı birləşmələri ilə bağlı problem hələ də öz həllini tapmayıb.

“Ermənistana necə təsir etmək, silahlı birləşmələri oradan necə çıxarmaq məsələsində Rusiya və Azərbaycan birgə işləməlidir. Əgər bunu xoşluqla etmirlərsə, onda onları oranı tərk etməyə məcbur edəcək başqa üsul tapmaq lazımdır. Təbii ki, problemin həlli üçün optimal üsul hərbi yol deyil, başqa variantlar düşünmək lazım olacaq. Elə etmək lazımdır ki, Qarabağ ərazisi təhlükəsiz olsun”,- Qrevtsova bildirib.
Azərbaycan Prezidentinin məsələni “Zəngəzur dəhlizi işləmirsə, Laçın dəhlizi niyə işləməlidir” şəklində qoymasını düzgün sayan ekspert deyir ki, təbii ki, bu, Ermənistanı qəzəbləndirir. “Ancaq buranın sahibi Azərbaycandır, ona görə də, regiondan hansı nəqliyyat marşrutlarının və arteriyaların keçəcəyini, hansı yükü və insanları daşıyacağını o diktə edir”,- Qrevtsova vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycan öz addımları ilə Ermənistana göstərir ki, təxribatlara ciddi cavab veriləcək. “Azərbaycan ordusu kifayət qədər güclüdür və istəsə, Qarabağ üzərində nəzarəti tam bərqərar edə bilər. Heç bir Ermənistan ordusu da buna müqavimət göstərə bilməz. Yüksəkliklərin və məntəqələrin tədricən nəzarətə götürülməsi Ermənistanın Azərbaycana qarşı müxtəlif təxribatlar törətmək istəyinin qarşısını alacaq”, - D.Qrevtsova bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti